
Məlumat Mərkəzi Rəhbəri - VAKANSİYA
Fins.az - NBCO KredAqro vakansiya elan edir.
Vəzifə Öhdəlikləri
Məlumat Mərkəzinin gündəlik fəaliyyətini təşkil etmək, koordinasiya etmək və effektiv idarə olunmasını təmin etmək;
Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini, əlçatanlığını və fasiləsizliyini təmin etmək;
Xidmət səviyyəsi (Service Level), cavablandırma sürəti (ASA), orta emal müddəti (AHT), ilk müraciətdə həll (FCR), müştəri məmnuniyyəti (CSAT) və digər əsas performans göstəricilərinin (KPI) icrasına nəzarət etmək;
İşçi resurslarının planlaşdırılmasını, növbə qrafiklərinin optimallaşdırılmasını və resurslardan səmərəli istifadəni təmin etmək;
Məlumat Mərkəzinin fəaliyyətinə dair dövri hesabatları hazırlamaq, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
Müştəri müraciətləri və şikayətləri üzrə eskalasiya olunmuş halların operativ və effektiv həllini təmin etmək;
Daxili prosedurların, normativ sənədlərin və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək;
Əməliyyat risklərini müəyyən etmək, risklərin azaldılması və biznesin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər görmək;
Komandanın fəaliyyətini idarə etmək, əməkdaşların inkişafı, motivasiyası və performansının qiymətləndirilməsini həyata keçirmək;
Təlim və keyfiyyətə nəzarət funksiyalarının fəaliyyətinin koordinasiyasını təmin etmək;
Müştəri təcrübəsinin yaxşılaşdırılması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək və onların icrasına rəhbərlik etmək;
Yeni texnologiyaların, Contact Center platformalarının və süni intellekt əsaslı həllərin tətbiqi üzrə layihələrdə iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;
Bankın digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığı təşkil etmək, xidmət proseslərinin təkmilləşdirilməsi istiqamətində koordinasiyanı təmin etmək.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi, Maliyyə və ya digər uyğun ixtisaslar üzrə);
Məlumat Mərkəzi (Contact Center), müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
Məlumat Mərkəzinin əməliyyatlarının idarə olunması, müştəri xidməti, performansın idarə edilməsi, işçi resurslarının planlaşdırılması (Workforce Management), keyfiyyətə nəzarət, əməliyyat risklərinin idarə edilməsi və proseslərin optimallaşdırılması sahəsində bilik və təcrübə;
Contact Center platformaları, CRM sistemləri, Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) və hesabatlılıq alətləri ilə işləmək bacarığı;
Analitik düşünmə, strateji planlaşdırma, qərarvermə, liderlik, komandanın idarə olunması, effektiv ünsiyyət və təqdimat bacarıqları;
Dil bilikləri
Azərbaycan dili - əla
Rus dili - əla
Maraqlanan namizədlər öz CV-lərini elektron ([email protected]) poçt ünvanına göndərə bilərlər.