Məktəb Həkimi - VAKANSİYA

Məktəb Həkimi - VAKANSİYA

SOSİUM
290

Fins.az - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Məktəb Həkimi vakansiyasını paylaşır!

İş şəraiti: 

  • Məkan: Xankəndi şəhəri

  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Tibb sahəsi üzrə ali təhsil

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək

  • Tibbi fəaliyyət üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malik olmaq

  • İlk tibbi yardım və təcili müdaxilə üzrə BLS (Basic Life Support) və ya First Aid sertifikatına malik olmaq

  • Məktəb və ya pediatrik sahədə iş təcrübəsi üstünlükdür

  • Tibbi sənədləşmə və qeydiyyat sistemləri ilə işləmək bacarığı

  • Gigiyena, yoluxucu xəstəliklər və profilaktik tədbirlər üzrə biliklər

  • Məsuliyyətli, diqqətli və operativ olmaq

Öhdəliklər:

  • Şagird və əməkdaşlara ilkin tibbi yardım göstərmək

  • Məktəbdə sağlamlıq və gigiyena qaydalarına nəzarət etmək

  • Şagirdlərin sağlamlıq vəziyyətini izləmək və zəruri hallarda valideynləri məlumatlandırmaq

  • Təcili tibbi hallarda operativ müdaxilə etmək

  • Tibbi sənədlərin və qeydiyyatın aparılmasını təmin etmək

  • Məktəbdə istifadə olunan tibbi ləvazimat və dərman vasitələrinə nəzarət etmək

  • Yoluxucu xəstəliklər və profilaktik tədbirlər üzrə maarifləndirmə aparmaq

  • Tibbi otağın daim hazır və səliqəli vəziyyətdə saxlanılmasını təmin etmək

  • Aidiyyəti dövlət qurumları və tibb müəssisələri ilə zəruri koordinasiyanı həyata keçirmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı

  • Məktəbin yeməkxanasında nahar imkanı

  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ([email protected]) ünvanına CV formalarını “Məktəb Həkimi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məktəb Həkimi - VAKANSİYA — Fins.az — Fins.az