
Marketinq Mütəxəssisi - VAKANSİYA
Fins.az - Mayak Residence vakansiya elan edir.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
Marketing materiallarının hazırlanmasına nəzarət və koordinasiya;
Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət;
Reklam materiallarının satış ofislərinə və digər nöqtələrə çatdırılmasının təşkili;
Reklam agentlikləri və tədarükçülərlə əlaqələrin idarə olunması;
Agentliklər, çap evləri, media kanalları ilə gündəlik işgüzar yazışmalar və tapşırıqların icrasının koordinasiyası;
Təkliflərin toplanması, müqayisəsi və müqavilə şərtlərinin işlənməsində iştirak;
Açıq hava reklamlarının tədarükü və təlimatı;
Layihələr üzrə açıq hava (outdoor) reklam yerlərinin sifarişi və quraşdırma proseslərinin koordinasiyası;
Reklam materiallarının vaxtında yerləşdirilməsinə nəzarət;
Marketing komandası ilə tədbir planlarının hazırlanması;
Daxili tədbirlərdən əlavə layihələrdə istifadə olunacaq materialların hazırlanmasına dəstək;
Layihə materiallarının, posterlərinin, bukletlərinin sifarişi və yerləşdirilməsinə nəzarət;
Tələblər:
Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq və ya reklam sahəsində minimum 2 il iş təcrübəsi;
Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, elektron poçt ([email protected]) ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.