
Maliyyə Menecmenti İdarəsinin Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi - VAKANSİYA
Fins.az - Xalq Bank vakansiya elan edir.
Təsvir
Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;
Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi;
Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;
Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;
Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;
Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.
Tələblər
Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;
Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə;
Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;
Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel);
Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
Kommunikasiya qabiliyyətinin yüksək olması;
Komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat