Maliyyə meneceri - VAKANSİYA

Maliyyə meneceri - VAKANSİYA

SOSİUM
625

Fins.az - Samzar Logistik "Maliyyə meneceri" vəzifəsinə vakansiya elan edir.

İş şəraiti

  • Şirkət: Logistika şirkəti – Logistika və Daşımalar üzrə ixtisaslaşmış şirkət

  • İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi

  • İş rejimi: Tam iş günü, 5 günlük iş qrafiki, Saat: 11:00-19:00

  • Əmək haqqı: 1500+ azn

Funksional vəzifələri:

  • Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi

  • Vergi, habelə digər orqanlara təqdim olunan hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi

  • Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli

  • Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli

  • Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməlməsinə nəzərət

  • Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.

Namizəddən tələblər:

  • Ali təhsilli (Maliyyə işi və mühasibatlıq)

  • PMS sertifikatı

  • Mühasib vəzifəsində 5 ilədək iş ştajı

  • Kompüter bilikləri: 1C, ERP, MS Office

  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti

  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı

  • Azərbaycan dilini səlis bilməli, inglis dilində yazışma bacarığı

  • Yaş: 30 –45

Məsuliyyəti:

  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

  • Daxili və xarici işgüzar yazışmaların aparılması

  • Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək;

  • İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi 

  • Peşəkar və dinamik kollektivdə işləmək imkanı

  • Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanları

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə meneceri” qeyd etməklə qeyd olunan elektron ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə meneceri - VAKANSİYA — Fins.az — Fins.az