Maliyyə Direktoru - VAKANSİYA

Maliyyə Direktoru - VAKANSİYA

SOSİUM
988

Fins.az - Matanat A Maliyyə Direktoru vəzifəsinə vakansiya elan edir.

İşin təsviri:

  • Şirkətin maliyyə strategiyasını formalaşdırmaq və icra etmək;

  • Büdcə planlaması, xərclərin optimallaşdırılması və maliyyə proqnozlaşdırılması proseslərinə rəhbərlik etmək;

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına və analizinə nəzarət etmək;

  • İdarəetmə komandasına maliyyə göstəriciləri və risklər barədə strateji tövsiyələr vermək;

  • Vergi, audit və hüquqi məsələlərlə bağlı aidiyyəti orqanlarla əməkdaşlığı təmin etmək;

  • Daxili maliyyə siyasətləri və prosedurlarını hazırlamaq və onların icrasına nəzarət etmək;

  • Banklar, investorlar və digər maliyyə qurumları ilə münasibətləri idarə etmək;

  • Komandada yüksək performans mədəniyyəti yaratmaq və maliyyə komandasını inkişaf etdirmək.

Tələblər: 

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, MBA);

  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi;

  • İstehsal sektorunda təcrübə;

  • Maliyyə menecmentinin bütün aspektlərini bilmək;

  • Azərbaycan, rus və ingilis dillərini bilmək;

  • Liderlik və komanda idarəetmə bacarığı; 

  • Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;

  • Problemləri həll etmək və qərar qəbul etmək bacarığı;  

  • Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.

  • SAP ERP sistemi üzrə praktiki bilik və tətbiq təcrübəsi;

  • CIMA / FCCA / CFA / CPA sertifikatları; 

İş şəraiti:

  • 5 günlük 

  • İstirahət bazar günü

  • İş yeri: Luxen Plaza

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Direktoru - VAKANSİYA — Fins.az — Fins.az