
Maliyyə departamentinin direktoru - VAKANSİYA
Fins.az - Express Bank "Maliyyə departamentinin direktoru" vəzifəsinə vakansiya elan edir.
Təsvir
Bankın strateji maliyyə qərarlarının formalaşdırılmasına, aktiv və passivlərin, kapitalın effektiv idarə olunmasına töhfə verilməsi;
Mərkəzi Bank və digər nəzarətedici orqanlara hesabatların düzgün və vaxtında təqdim olunmasına nəzarət;
Dövri əsasda rəhbərliyə zəruri hesabatların təqdim olunması;
Effektiv büdcə planlamasının aparılması;
Departamentin fəaliyyətinin və əməkdaşların inkişafının təmin olunması;
Bankın İdarəetmə orqanları tərəfindən ona həvalə edilmiş, həmçinin daxili qayda və təlimatlarla nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
Bank sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
Bankın likvidliyinin, aktiv və passivlərinin idarə olunması (ALM) sahəsində praktiki təcrübə;
BMHS (IFRS) standartları və tənzimləyici orqanlara hesabatlıq üzrə dərin biliklər;
Maliyyə modelləşdirilməsi və analitik təhlil üzrə güclü bacarıqlar;
Strateji düşünmə, qərarvermə və effektiv liderlik bacarıqları;
Yüksək səviyyədə kommunikasiya bacarıqları;
Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilmək;
CFA və ya FRM kimi beynəlxalq peşəkar sertifikatlarının olması üstünlükdür.
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
Təcrübə 5-8 il
Vəzifə dərəcəsi Direktor
Təhsil Bakalavr
Müraciət et: