
Mağazalar üzrə menecer (Yves Rocher) - VAKANSİYA
Fins.az - Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda biz brendin mağazalarına tam məsuliyyət daşıyacaq Mağazalar üzrə menecer axtarırıq.
Vəzifə öhdəlikləri
Mağazaların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
Yeni mağaza açılışı və mağaza bağlanışı proseslərinin düzgün icrasını təmin etmək;
Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına və inventarizasiyasına nəzarət etmək;
Mağaza və anbar sahələrinin təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək;
Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin etmək;
Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının, hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək;
Tester məhsulların vaxtında açılmasına və düzgün istifadəsinə nəzarət etmək;
Son istifadə müddəti yaxınlaşan məhsullar üzrə monitorinq aparmaq və hesabat hazırlamaq;
Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar hazırlamaq;
Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyə məlumat vermək;
Mağazalararası və mağaza-anbar transferlərinin düzgün icrasına nəzarət etmək;
Kamera görüntülərinə nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək;
Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin etmək;
Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək;
İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək;
Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət etmək;
Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün tətbiqinə nəzarət etmək;
Mağazada yaranan texniki və təchizat problemlərinin həllini təşkil etmək;
Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.
Namizəd üçün tələblər
Xanım namizədlər;
Mağazalar üzrə menecer və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 5 il təcrübə (kosmetika/FMCG üstünlükdür);
Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
İş şəraiti
İş qrafiki: 6/1, 10:00-18:00
Əmək haqqı: 900 AZN + KPİ
Maraqlanan namizədlərdən mövzu sətrində “Mağazalar üzrə menecer” qeyd etməklə [email protected] elektron poçt ünvanına CV göndərmələri tələb olunur.