
Logistika üzrə Aparıcı Mütəxəssis - VAKANSİYA
Fins.az - Caspian Logistics and Customs Service vakansiya elan edir.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü,
Vəzifə öhdəlikləri:
Beynəlxalq Logistika şirkətində, gündəlik logistika əməliyyatlarımızı optimallaşdırmaq üçün yüksək təcrübəli “Logistika üzrə aparıcı mütəxəssis” axtarırıq.
Şirkətin logistika proseslərinin planlaşdırılması və idarə olunması
Daşınma (yerli və beynəlxalq) proseslərinin təşkili və nəzarəti
Daşıyıcı şirkətlərlə əlaqələrin qurulması və idarə edilməsi
Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi
Yeni logistika texnologiyalarının layihələndirilməsinin və xərclərinin hesablanmasını təşkil etmək, büdcə hazırlamaq, müasir logistika konsepsiyalarının və logistika xərclərinin azaldılması prinsiplərinin tətbiqini təmin etmək.
Tələblər:
Logistika, nəqliyyat və ya əlaqəli sahədə ali təhsil
Müvafiq sahə üzrə minimum ən azı 5 il iş təcrübəsi
Yerli və beynəlxalq logistika prosesləri üzrə biliklər
Analitik düşünmə və problem həll etmə bacarığı
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür
Azərbaycan dili səlis, rus dili minimum B2 səviyyəsində, İngilis dili arzuolunandı.
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli, operativ, dürüstlük
Komanda ilə işləmə bacarığı
Stressə davamlılıq və çevik qərarvermə
Təklif edirik:
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Peşəkar inkişaf imkanları
Stabil və inkişaf edən şirkətdə karyera perspektivi
Logistika sahəsində bilik və real təcrübəsi olmayan şəxslərin müraciətləri qəbul olunmur.
Xahiş edirik, yalnız logistika sahəsində anlayışı və praktiki işi olan namizədlər müraciət etsinlər.
CV-nizi elektron poçt ([email protected]) ünvanına “Logistika üzrə Aparıcı Mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.