
"Lənkəran" filialının KOS üzrə Müştəri təmsilçisi - VAKANSİYA
Fins.az - Xalq Bank "Lənkəran" filialının KOS üzrə Müştəri təmsilçisi vəzifəsinə vakansiya elan edir.
Təsvir
Yeni Kiçik və orta sahibkarları banka müştəri kimi cəlb etmək;
Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə ali təhsilin olması;
Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satış bacarığı;
Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
Təcrübə 1-2 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Bakalavr