Karyera üzrə mütəxəssis - VAKANSİYA

Karyera üzrə mütəxəssis - VAKANSİYA

SOSİUM
501

Fins.az - Azərbaycan Universiteti Karyera üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

TƏŞKİLATİ MƏLUMATLAR:

  • Struktur bölməsi: Karyera inkişafı departamenti

  • Bilavasitə tabe olduğu şəxs: Karyera inkişafı departamentinin direktoru

ƏMƏK FUNKSİYASI:

  • Universitetdə Məzun Platformasını yaratmaq; 

  • Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək;

  • Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq;

  • Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin  HR menecerləri ilə  görüş təşkil etmək və  onlarla əməkdaşlıq etmək;

  • Universitetdə karyera günlərini təşkil etmək;

  • Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək; 

  • Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək;  

  • Məzun günlərinin  təşkilinə və keçirilməsinə köməklik göstərmək; 

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;

  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

BİLMƏLİDİR:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; 

  • CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını;

MƏSULİYYƏTİ:

  • Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə  yetirilməməsinə görə məsuliyyət daşıyır;

  • Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə məsuliyyət daşıyır;

HÜQUQLARI:

  • Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək;

  • Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq; 

  • Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;

  • Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq;

  • İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq. 

VƏZİFƏ TƏLƏBLƏRİ:

  • Təhsil pilləsi (minimum): Bakalavr

  • İxtisası: Fərq qoyulmur

  • İş təcrübəsi (minimum): 3 (üç) ildən az olmayaraq  əmək stajı

  • Dil bilikləri: Azərbaycan;  rus və  ingilis dili (arzuolunandır)

  • Kompüter bilikləri: MS ofis proqramları

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Karyera üzrə mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az