İsti hava koronavirusu ağırlaşdırır

İsti hava koronavirusu ağırlaşdırır

SOSİUM
497

İsti hava koronavirus və digər xəstəliklərin gedişatını ağırlaşdırır.

Bu barədə Moskva Səhiyyə Departamentinin mütəxəssisi Andrey Tyajelnikov bildirib.

Onun sözlərinə görə, istidə xəstələnmək daha təhlükəlidir, çünki hipotermiya və immunitetin azalması riski var. Bu səbəbdən də orqanizm virus və bakteriyalara qarşı daha həssas olur.

“Bu səbəbdən vaksinasiya ən qısa müddətdə, gecikmədən, xüsusən də risk qrupuna daxil olan insanlar - xroniki xəstəlikləri olanlar, yaşlılar və immuniteti zəif olan insanlar üçün edilməlidir”, - deyə Tyajelnikov qeyd edib.

Həkim vurğulayıb ki, xəstə insanların otaqlarının istiliyinə xüsusi diqqət yetirilməlidir. Bunun üçün mütəmadi olaraq otağı havalandırmaq və nəmləndirərək təmizləmək lazımdır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsti hava koronavirusu ağırlaşdırır — Fins.az — Fins.az