İqtisadiyyat nazirinin birinci müavini Göyçayda vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat nazirinin birinci müavini Göyçayda vətəndaşları qəbul edib - FOTO

SOSİUM
1,380

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Göyçay şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Fins.Az-a İN-dən məlumat verilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İqtisadiyyat nazirinin birinci müavini Göyçayda vətəndaşları qəbul edib - FOTO — Fins.az — Fins.az