İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis - VAKANSİYA

İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis - VAKANSİYA

SOSİUM
567

Fins.az - Landau Education Group İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Təsvir

  • ƏMAS sistemi üzərindən əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam prosesinin həyata keçirilməsi;

  • Məzuniyyət cədvəlinin hazırlanması, ƏM əsasən rəsmiləşdirilməsi, uçotunun aparılması və müəyyən olunmuş qrafikə uyğun istifadəsinin təmin edilməsi;

  • İşçilərin hazırkı və keçmiş fəaliyyəti ilə bağlı arayışların, məktubların, xasiyyətnamələrin və digər rəsmi sənədlərin hazırlanması;

  • Ezamiyyət əmrlərinin və ezamiyyət vərəqələrinin hazırlanması və rəsmiləşdirilməsi;

  • İşçilərə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi;

  • Yeni əmək haqqı kartlarının sifarişi, müddəti bitmiş və ya itirilmiş kartların yenidən bərpası;

  • İşçilərin turniket kartları ilə təmin olunması, gündəlik davamiyyətin elektron sistem üzərindən izlənməsi və aylıq tabelin hazırlanması;

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, sistemləşdirilməsi və xitam sənədlərinin arxivləşdirilməsi;

  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və Sosial məzuniyyət sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və E-Gov portalına daxil edilməsi.

Tələblər

  • Ali təhsil;

  • Səlis Azərbaycan dili və İngilis dili mütləqdir, rus dili biliyi isə arzuolunandır;

  • İnsan Resursları əməliyyatları və sənədləşmə sahəsində minimum 3-5 il iş təcrübəsi;

  • ƏMAS sistemi və elektron hökumət portalları ilə işləmək bacarığı;

  • Əmək qanunvericiliyi üzrə yüksək bilik və tətbiqetmə bacarığı;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);

  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);

  • Həyat yığım sığortası;

  • Könüllü tibbi sığorta;

  • Uşaqlara məktəb endirimləri;

  • Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;

  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.az/vacancies/landauschool/landauschool-insan-resurslari-emeliyyatlari-uzre-aparici-mutexessis-49292?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az