
İT infrastruktur üzrə arxitektor - VAKANSİYA
Fins.az - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya elan edir.
Təsvir
Agentliyin İT infrastrukturu üçün vahid platforma arxitekturasının (on-prem, cloud, hybrid) konseptual dizaynının hazırlanması və inkişaf etdirilməsi;
Paylanmış arxitekturalı (distributed) platformaların (multi-cluster, multi-tenant) referens arxitekturasının formalaşdırılmasına və tətbiqinə rəhbərlik edilməsi;
İnfrastrukturun Platform as a Service yanaşması ilə dizayn edilməsi (self-service, standartlaşdırılmış pipeline və environment-lər);
CI/CD, GitOps və IaC proseslərinin strateji səviyyədə qurulması və idarə olunması (ArgoCD, GitLab CI, Terraform, Ansible və s.);
Yüksək yüklü və kritik sistemlər üçün miqyaslanma (scalability), əlçatanlıq (availability) və dözümlülük (resiliency) prinsiplərinə uyğun infrastruktur arxitekturalarının layihələndirilməsi;
Bulud (cloud) və yerində quraşdırılan (on-prem) resurslar üçün tutum planlaması (capacity planning), xərclərin optimallaşdırılması (cost optimization) və performans strategiyalarının müəyyən edilməsi;
Observability stack-in (metrics, logs, traces, profiling) vahid arxitektura və standartlar üzrə qurulmasına rəhbərlik edilməsi;
SLI/SLO, error budget, incident response, postmortem proseslərinin dizaynı;
Təhlükəsizlik və uyğunluq (security by design, zero-trust, secret management, auditability) tələblərinin platforma səviyyəsində təmin edilməsi;
İnfrastruktur üzrə texniki qərarlara rəyin verilməsi, risklərin qiymətləndirilməsi və arxitektura review-ların aparılması;
Digər departamentlər üçün (development, data, təhlükəsizlik) texniki lider və məsləhətçi funksiyasının icra edilməsi;
Texniki standartlar, referens arxitekturalar, best practice sənədlərinin hazırlanması və qorunması;
İnfrastruktur yol xəritəsinin (roadmap) hazırlanması və icrası prosesində iştirak;
Departament rəhbərliyinə platformanın vəziyyəti, risklər və inkişaf planları üzrə strateji hesabatların təqdim edilməsi;
Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
ali təhsil;
minumum 7 il iş stajı;
Linux əsaslı sistemlər üzrə ekspert səviyyəsində bilik və real arxitektura təcrübəsi;
Kubernetes və cloud-native ekosistemi üzrə dərin platforma səviyyəli bilik (networking, storage, security, scheduling);
IaC və avtomatlaşdırma alətləri üzrə arxitektor səviyyəsində bacarıqlar (Terraform, Ansible, Helm, Packer);
CI/CD, GitOps və SDLC proseslərinin dizaynı və optimallaşdırılması üzrə təcrübə;
Observability və SRE metodologiyaları üzrə praktik bilik və tətbiq təcrübəsi;
Cloud provayderlər (AWS / Azure / GCP) və ya böyük on-prem mühitlərlə iş təcrübəsi;
Yüksək səviyyəli texniki qərarvermə, risk analizi və problem həll etmə bacarığı;
Texniki liderlik, mentorluq və multi-komanda mühitində işləmə bacarığı;
Vakansiya növü - Tam ştat
Müraciət et: https://jobs.glorri.az/vacancies/idda/idda-it-infrastruktur-uzre-arxitektor-62572?source=JobSearch