İlk rübdə doğum müavinəti alanların sayı 20 min nəfəri keçib

İlk rübdə doğum müavinəti alanların sayı 20 min nəfəri keçib

SOSİUM
226

2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanda 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödənişi həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata əsasən, müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağının doğulmasına görə aparılıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə Fond tərəfindən 21 723 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilmişdi. Həmin dövrdə ödənişlər 10 100 nəfər qız və 11 623 nəfər oğlan uşağına görə həyata keçirilmişdi.

Beləliklə, 2026-cı ilin ilk rübündə doğum müavinəti alanların sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə müəyyən azalma müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlk rübdə doğum müavinəti alanların sayı 20 min nəfəri keçib — Fins.az — Fins.az