İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq səfərlərinə başlayıb

İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq səfərlərinə başlayıb

SOSİUM
203

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə bölgələrə səfər ediblər.

Ağsu, Göyçay və  Yevlax rayonlarına səfərdə İİTKM-lə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra qurumlarının əməkdaşları da iştirak ediblər.

Monitorinq qrupu Ağsu rayonunda müxtəlif layihələrə baxış keçiriblər.  Burada Ağsuçayın şəhər ərazisindən və Maşadqanlı kənd ərazisindən keçən hissəsində fiksatorların və beton bəndlərin tikilməsi,  Cavanşir su anbarında  anbarın lildən təmizlənməsi, bəndin möhkəmləndirilməsi və su itkisinin qarşısının alınması ilə əlaqədar görülən işlər barədə məlumat verilib.

Daha sonra Şirvan kanalının Göyçay ərazisindən keçən magistral hissəsində  torpaq məcralı sahələrin beton örtüyə alınması, Şirvan və Qarabağ kanallarının Mingəçevir su anbarından çıxış mənbəyindən hər iki kanal üzrə bölgusünün dəqiqliyinin yoxlanması, Varvara su anbarı, həmçinin yeni Şirvan kanalında görülən işlər monitorinq edilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yerlərdə aparılan monitorinqlər onu göstərir ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulan tədbirlər, qarşıya qoyulan hədəflər uğurla icra olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Strategiyanın icrası çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, su təhlükəsizliyinin təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə prioritet istiqamətləri üzrə tədbirlər həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq səfərlərinə başlayıb — Fins.az — Fins.az