İİTKM Sinqapurda “AI və ağıllı idarəetmə” üzrə iki beynəlxalq mükafata layiq görülüb

İİTKM Sinqapurda “AI və ağıllı idarəetmə” üzrə iki beynəlxalq mükafata layiq görülüb

SOSİUM
496

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Sinqapurda fəaliyyət göstərən nüfuzlu beynəlxalq media qurumu - “Gazet International” tərəfindən təşkil olunan “Gazet International Awards 2026” beynəlxalq müsabiqəsində iki nüfuzlu mükafata layiq görülüb. Mərkəz “Süni intellekt əsaslı dövlət sektoru innovasiyalarında liderlik” (Leadership in AI-Driven Public Sector Innovation) və “Ağıllı monitorinq və qiymətləndirmə sahəsində mükəmməllik” (Excellence in Smart Monitoring and Evaluation) nominasiyalarının qalibi elan olunub.

“Leadership in AI-Driven Public Sector Innovation” nominasiyası dövlət sektorunda innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı idarəetmə həllərinin inkişaf etdirilməsi sahəsində fərqlənən qurumların fəaliyyətini qiymətləndirir. “Excellence in Smart Monitoring and Evaluation” mükafatı isə monitorinq və qiymətləndirmə proseslərində rəqəmsal texnologiyaların, ağıllı analitika sistemlərinin və nəticəyönümlü idarəetmə alətlərinin effektiv tətbiqinə görə təqdim olunur.

Müsabiqədə müxtəlif ölkələri təmsil edən dövlət qurumları, maliyyə institutları, texnologiya şirkətləri, innovasiya mərkəzləri və beynəlxalq təşkilatlar iştirak edib.

İİTKM tərəfindən innovativ monitorinq və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması, dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, məlumat əsaslı qərarvermə sistemlərinin inkişaf etdirilməsi mükafatın qazanılmasında mühüm rol oynayıb.

Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasında süni intellekt texnologiyalarının dövlət idarəçiliyində geniş tətbiqi istiqamətində müəyyən edilmiş strateji prioritetlərlə uzlaşır. Bu kontekstdə İİTKM tərəfindən formalaşdırılmış monitorinq və qiymətləndirmə modeli dövlət proqramlarının icrasına nəzarət, performansın ölçülməsi və məlumat əsaslı idarəetmə modelinin inkişafı baxımından qabaqcıl institusional təcrübələrdən biri kimi qiymətləndirilir.

Mənbə: https://gazetinternational.com/awards2026/

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM Sinqapurda “AI və ağıllı idarəetmə” üzrə iki beynəlxalq mükafata layiq görülüb — Fins.az — Fins.az