İİTKM Monitorinq Qrupu Azad Edilmiş Ərazilərdə “Böyük Qayıdış” Layihələrini İzləyir

İİTKM Monitorinq Qrupu Azad Edilmiş Ərazilərdə “Böyük Qayıdış” Layihələrini İzləyir

SOSİUM
179

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi monitorinq qrupu işğaldan azad edilmiş ərazilərə səfərini davam etdirir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində səfərin ikinci günündə Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında icra olunan infrastruktur, sosial və iqtisadi yönümlü layihələr yerində izlənilib. Monitorinqdə İİTKM ilə yanaşı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, aidiyyəti rayonlar üzrə bərpa, tikinti və idarəetmə xidmətlərinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.

Səfərin ikinci günündə nümayəndə heyəti Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərində, eləcə də Xocavənd rayonunun Hadrut qəsəbəsində yaşayış məntəqələrinin, o cümlədən təhsil, səhiyyə, inzibati və kommunal infrastrukturun tikintisi və təmir-bərpası işləri ilə yaxından tanış olub. Monitorinq zamanı qeyd olunub ki, adıçəkilən yaşayış məntəqələrinə əhalinin köçürülməsinə hazırlıq işləri sürətlə davam etdirilir.

Daha sonra monitorinq qrupu Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti və orada aparılan tikinti-quraşdırılma işləri ilə tanış olub. Qeyd olunub ki, sənaye parkının rezident və qeyri-rezidentləri tərəfindən regionda iqtisadi aktivliyin artırılmasına xidmət edən istehsal və xidmət müəssisələri yaradılır, yeni investisiya layihələri həyata keçirilir.

Səfər çərçivəsində keçirilən müzakirələrdə layihələrin dayanıqlılığı və təhlükəsizliyi məsələləri də diqqət mərkəzində olub. Xüsusilə yeni yaşayış məntəqələrinin sel və daşqın risklərindən qorunması məqsədilə mühafizə sistemlərinin gücləndirilməsi və bu istiqamətdə qurumlararası qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM Monitorinq Qrupu Azad Edilmiş Ərazilərdə “Böyük Qayıdış” Layihələrini İzləyir — Fins.az — Fins.az