Hüquqşünas - VAKANSIYA

Hüquqşünas - VAKANSIYA

SOSİUM
117

Fins.az - Azərbaycan Kredit Bürosu vakansiya elan edir.


Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər: 

  • Müqavilə layihələrinin hazırlanması, hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin verilməsi;

  • Struktur bölmələrinin fəaliyyətində qanunvericiliyə riayət olunmasının monitorinqi, hüquqi risklərin və pozuntuların müəyyən edilməsi, müvafiq təkliflərin hazırlanması;

  • İT, məlumatların mühafizəsi, informasiya təhlükəsizliyi və rəqəmsal xidmətlərlə bağlı hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması;

  • Əmr, təlimat, əsasnamə, standart və digər normativ xarakterli sənədlərin hüquqi ekspertizasının aparılması və hazırlanmasında iştirak;

  • Şirkətin hüquq və qanuni maraqlarının məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlar qarşısında təmsil və müdafiə olunması;

  • Hüquqi məsələlər üzrə rəhbərliyə və struktur bölmələrə məsləhət və tövsiyələrin verilməsi.

Tələb olunan səriştələr və bacarıqlar: 

  • Korporativ hüquq və informasiya texnologiyaları sahəsində qüvvədə olan qanunvericiliyi bilmək, bu sahələrdə baş verən hüquqi yenilikləri izləmək və tətbiq etmək bacarığı;

  • Mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəy vermək; 

  • Məhkəmə və digər dövlət orqanlarında işləri müstəqil şəkildə aparmaq; 

  • Müqavilələrin və digər hüquqi sənədlərin ekspertizasını həyata keçirmək; 

  • Hüquqi riskləri müəyyən etmək və onların idarə olunması üzrə təkliflər vermək; 

  • Güclü analitik və sistemli düşünmə qabiliyyəti; 

  • Aydın şifahi və yazılı ünsiyyət bacarığı;

  • Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı;

  • Liderlik və komandanın fəaliyyətini koordinasiya etmək bacarığı;

  • Detallara diqqət və yüksək dəqiqlik;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Vəzifəyə olan tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;

  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;

  • Müvafiq sahədə iş təcrübəsi, minimum 2 il;

  • Əlavə peşəkar təhsil və sertifikatların olması üstünlükdür.

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Hüquqşünas” qeyd etməklə elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hüquqşünas - VAKANSIYA — Fins.az — Fins.az