
Hüquqşünas - VAKANSİYA
Fins.az - Legalize Law Firm - İstehsalat sahəsində fəaliyyət göstərən şirkət vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Müqavilələrin və razılaşmaların tərtib edilməsi, nəzərdən keçirilməsi və bu sahədə hüquqi dəstəyin göstərilməsi;
Şirkətin müvafiq şöbələrinə komplayens, hüquq və risklə bağlı məsələlər üzrə hüquqi məsləhətlərin verilməsi;
Şirkətin əqli mülkiyyət hüquqlarının qeydiyyatı və qorunmasının təmin edilməsi, əlaqəli məsələlər üzrə idarəetmə və tənzimlənmənin həyata keçirilməsi;
Şirkətin layihələrində əqli mülkiyyətin istifadəsi ilə bağlı hüquqi qiymətləndirmənin aparılması;
Baş ofis tərəfindən həyata keçirilən təlim proqramları və digər təşəbbüslərdə iştirak etmək;
Tətbiq olunan qanunvericilikdəki dəyişikliklərin izlənilməsi, təhlil edilməsi və onların biznesə təsirinin qiymətləndirilməsi;
Daxili audit proseslərində iştirak etmək və hüquqi təcrübənin təkmilləşdirilməsi üzrə məsələlərə töhfə vermək;
Komplayens sahəsində risklərin qiymətləndirilməsi və onların minimuma endirilməsi üçün strategiyaların hazırlanması;
Şirkətin işçiləri üçün hüquq və komplayens mövzularında təlimlərin keçirilməsi;
Şirkətin komplayens sahəsində siyasətlərinin yerli və beynəlxalq qanunvericiliyə, eləcə də baş ofisin standartlarına uyğunluğunun təmin edilməsi;
Komplayens sahəsi üzrə tənzimetmə və nəzarət orqanları ilə əlaqələrin qurulması;
Məlumatların mühafizəsi üzrə qanunvericiliyə və baş ofisin tələblərinə əməl olunmasının monitorinqinin aparılması;
Şöbə daxilində vaxt uçotu və idarəetmə ilə əlaqəli proseslərin koordinasiyası;
Daxili əmək qaydalarına və şirkətin əmək sahəsindəki siyasətlərinə riayət olunmasına nəzarətin edilməsi.
İş qrafiki - Bazar ertəsi - Cümə günləri, saat 08:00 – 17:00 dək.
Aylıq vəzifə maaşı - Razılaşma yolu ilə
Vəzifəyə dair tələblər
Təhsilə dair tələblər: Hüquq üzrə bakalavr dərəcəsi;
İş stajına dair tələblər: Hüquq sahəsində ən azı 2 il iş stajı;
Dil biliklərinə dair tələblər: Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini isə upper-intermediate səviyyəsində bilmək tələb olunur.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Komanda ilə işləmək bacarığı;
Analiz etmə və problem həll etmə bacarığı;
Kommunikasiya bacarığı;
Təqdimat bacarığı;
İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
Öyrənməyə yüksək motivasiyanın olması;
Ambisiyalı və məqsədyönlü olmaq qabiliyyəti.
Şirkətin təminatları
Şəxsi inkşaf üçün müxtəlif imkanlar;
Tibbi sığorta;
Nahar;
İllik əməkhaqqı və şirkətin siyasətinə uyğun olaraq verilməsi nəzərdə tutulan bonuslar;
Peşəkar, beynəlxalq mühitə malik və əməkdaşlığa əsaslanan komanda mühitində çalışma imkanı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərmələri xahiş olunur.