
HR Şöbə Rəhbəri - VAKANSİYA
Fins.az - Hikvision Co vakansiya elan edir.
İş şəraiti
İş yeri: 28 may, şərq bazarın yaxınlığı
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:45 – 18:45.
Şənbə günü 15:00 dek və növbəli (1 həftə iş günü, 1 həftə istirahət şənbə günlər)
Əmək haqqı: 1500 AZN
Vəzifə öhdəlikləri:
Şirkətin HR strategiyasının hazırlanması və həyata keçirilməsi
Kadrların seçimi və işə qəbul prosesinin tam idarə olunması
Vakansiyaların hazırlanması, yerləşdirilməsi və müsahibələrin təşkili
İşçilərin rəsmi qeydiyyatı, əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi
Əmək müqavilələrinin ƏMAS sistemi vasitəsilə qeydiyyatı və idarə olunması
Kadr sənədlərinin hazırlanması, uçotu və arxivləşdirilməsi
İşçilərin şəxsi iş qovluqlarının formalaşdırılması və saxlanılması
Tabel uçotunun aparılması və iş vaxtının düzgün qeydiyyatına nəzarət
Əmək haqqı hesablamaları üçün lazımi məlumatların hazırlanması və nəzarəti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün kadr proseslərinin icrasına nəzarət
Şirkət daxili qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi
Təşkilati-struktur sxemin hazırlanması və optimallaşdırılması
Şirkətdə KPI sisteminin qurulması, tətbiqi və monitorinqi
HR analitikası və hesabatların hazırlanması
İşçilərin adaptasiya proqramlarının hazırlanması və tətbiqi
Personalın inkişafı üçün təlim və inkişaf planlarının hazırlanması
Daxili təlimlərin və treninqlərin təşkili və keçirilməsi
Komanda idarəetməsi və HR komandasının fəaliyyətinə rəhbərlik
Namizədə tələblər:
HR / Kadrlar sahəsində minimum 3-5 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə)
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək
ƏMAS sistemi ilə yüksək səviyyədə işləmək bacarığı
KPI sistemləri üzrə bilik və tətbiq təcrübəsi
Personalın inkişafı, təlimlərin təşkili və keçirilməsi bacarığı
1C, E-gov, Microsoft Excel proqramını bilmək
Analitik düşünmə və qərarvermə bacarığı
Liderlik və komanda idarəetmə bacarıqları
Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
Məxfi məlumatlarla işləmə mədəniyyəti
Stressə davamlılıq və operativlik
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.