
HR Menecer - VAKANSİYA
Fins.az - PJA MMC İnsan Resursları komandasına peşəkar, sistemli və nəticəyönümlü HR Menecer axtarırır.
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
Şirkətin HR proseslərinin gündəlik idarə olunmasını təmin etmək;
Vakansiyaların yerləşdirilməsi, namizədlərin seçimi, müsahibələrin təşkili və işə qəbul prosesini koordinasiya etmək;
Yeni əməkdaşların onboarding və adaptasiya prosesinə nəzarət etmək;
Əmək müqavilələri, kadr sənədləri, əmrlər, məzuniyyət, tabel, iş vaxtının uçotu və digər HR sənədləşmələrinin düzgün aparılmasını təmin etmək;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
ƏMAS,İSB, 1C və digər HR uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icrasını izləmək;
Restoran menecerləri və struktur rəhbərləri ilə koordinasiyalı işləyərək işçi heyəti üzrə planlama, əvəzlənmə, xitam, intizam və performans məsələlərini idarə etmək;
Sınaq müddəti, performans izlənməsi, intizam halları və əmək münasibətləri üzrə rəhbərlərə dəstək vermək;
HR hesabatlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və HR göstəricilərini izləmək;
Komanda idarəçiliyi, daxili kommunikasiya və HR proseslərinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək.
Namizədə tələblər:
İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya uyğun ixtisas üzrə ali təhsil;
HR sahəsində minimum 5 il, HR Menecer və ya oxşar rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Restoran, retail, xidmət və ya çoxfiliallı strukturda iş təcrübəsinə üstünlük verilir;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
ƏMAS,İSB, 1C, MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
İşə qəbul, kadr əməliyyatları, əmək münasibətləri və hesabatlılıq sahələrində praktik təcrübə;
Analitik düşüncə, sistemli yanaşma, yüksək məsuliyyət hissi;
Güclü kommunikasiya, təşkilatçılıq və komanda idarəetmə bacarığı;
Azərbaycan dilində sərbəst, rus dili biliyi arzuolunandır.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “HR Menecer” mövzusu ilə göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.