
Hesabatçılıq şöbəsinin rəhbəri - VAKANSİYA
Fins.az - Company elan edir.
İş şəraiti
İş qrafiki: 5 günlük / 09:00 – 18:00
İş yeri: Bakı, Azərbaycan
əmək haqqı: 2000 AZN - 3000 AZN
Vakansiyaya aid tələblər:
Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya istehsal mühəndisliyi üzrə)
IFRS, ACCA sertifikatları üstünlükdür
Minimum 5–7 il maliyyə/mühasibatlıq sahəsində təcrübə
Maya dəyəri kalkulyasiyası və istehsal xərc uçotu üzrə yüksək bilik
Güclü analitik düşüncə
Komanda idarəetmə və qərarvermə bacarığı
Stres altında çevik qərarvermə və problem həll etmə qabiliyyəti
İşin təsviri:
Maliyyə, mühasibatlıq, xərc uçotu və analitika qruplarına rəhbərlik
İstehsalın maliyyə uçotu proseslərini koordinasiya etmək
İş axınının optimallaşdırılması və daxili nəzarət mexanizmlərinin yaradılması
Xammal, material, əmək və istehsal xərclərinin düzgün bölüşdürülməsinə nəzarət
Məhsulun maya dəyərinin (COGS) hesablanması və mütəmadi yenilənməsi
İstehsal xətlərində xərc mərkəzləri (Cost Centers) üzrə xərclərin təhlili
Normativlərə (normativ xammal sərfi, istehsal vaxtı, enerji sərfi) uyğunluğun maliyyə nəzarəti
İstehsal güclərinə uyğun olaraq maliyyə və istehsal büdcələrinin hazırlanması
Xammal və material alışlarının maliyyə planlaşdırılması
İstehsal həcmlərinə əsasən xərclərin proqnozlaşdırılması
Büdcə icrasının aylıq analizi və istehsalat üzrə sapmaların müəyyən edilməsi
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik
İstehsal xərcləri, rentabellik, məhsul xətti üzrə mənfəətlilik hesabatları
Anbar dövriyyəsi və stok səviyyələri ilə bağlı maliyyə təhlilləri
Enerji, xammal və əmək xərcləri üzrə səmərəlilik göstəricilərinin hazırlanması
Anbar və satınalma proseslərinə maliyyə nəzarəti
Şirkət üçün xammal ödənişləri, əməkhaqqı və digər tələb olunan cash-flow-un idarə olunması
Debitor və kreditorların idarə edilməsi
Təchizatçılarla olan ödəniş cədvəllərinin koordinasiyası
Risklərin idarə edilməsi Strateji maliyyə qərarları
İstehsal gücünün artırılması ilə bağlı investisiya layihələrinin qiymətləndirilməsi
Avadanlıq alınması, modernizasiya və avtomatlaşdırma layihələrinin maliyyə analizi
Məhsul xəttinin rentabellik təhlillərinə əsasən istehsal strategiyasına təkliflər
Banklar, auditor və dövlət qurumları ilə əməkdaşlıq
Şirkətin strateji maliyyə qərarlarının hazırlanmasına rəhbərlik etmək.
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Maliyyə Meneceri” qeyd edib [email protected] elektron poçt ünvanına göndərəsiniz.