Göygöl yolu üzərində baş verən torpaq sürüşməsinin fəsadları aradan qaldırılıb

Göygöl yolu üzərində baş verən torpaq sürüşməsinin fəsadları aradan qaldırılıb

SOSİUM
429

Finss.az - Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci km-lik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Göygöl yolu üzərində baş verən torpaq sürüşməsinin fəsadları aradan qaldırılıb — Fins.az — Fins.az