Gələn həftə “Azəriqaz” daha 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək

Gələn həftə “Azəriqaz” daha 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək

SOSİUM
1,168

Növbəti həftə (yanvarın 23-24 və 26-sı tarixləri) daha 4 rayonda vətəndaşlarla “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

İB-dən Fins.Az-a bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-dan 15:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evi), 5-ci günü saat 11:00-dan 12:00-dək Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gələn həftə “Azəriqaz” daha 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək — Fins.az — Fins.az