Filial müdiri (Xaçmaz filialı) - VAKANSİYA

Filial müdiri (Xaçmaz filialı) - VAKANSİYA

SOSİUM
671

Fins.az - Express Bank Filial müdiri (Xaçmaz filialı) vəzifəsinə vakansiya elan edir.

Təsvir

  • Filialın fəaliyyətinə ümumi rəhbərlik edilməsi, işçilər arasında vəzifə təlimatlarına uyğun formada iş bölgüsünün aparılması;

  • Filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət;

  • Əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasının təmin edilməsi;

  • Təsdiq olunmuş büdcə çərçivəsində pul vəsaitlərin cəlb olunması (depozit yatırımları, müştəriyə məxsus hesablarda qalıqlar) və yerləşdirilməsinə yönəlmiş effektiv işin təşkili;

  • Filialın əsasnaməsi ilə müəyyən edilmiş filialın fəaliyyət növləri üzrə iş prosesinin, müştərilərlə münasibətlərin qurulmasının bankın daxili qaydalarına uyğun təşkil olunması;

  • Filial əməkdaşlarının gündəlik işlərinə inzibati (davamiyyət, geyim qaydası, davranış) nəzarətin həyata keçirilməsi;

  • Filial müştərilərinin zamanında xidmət olunmasına, filial işçilərinin bankdaxili prosedurlar, qayda və vəzifə təlimatlarında əməl etmələrinə nəzarət;

  • Müştəri məmnunluğunun artırılması, filial daxilində müştəri etirazlarının idarə edilməsi prosesində iştirak edilməsi;

  • Təsdiq olunmuş limitlər və səlahiyyətlər çərçivəsində kreditin verilməsi barədə qərarın qəbul edilməsi;

  • Korporativ müştərilərin cəlb edilməsi.

Tələblər

  • Ali təhsil (İqtisadi və ya hüquq sahəsi üzrə ixtisas);

  • Bank sahəsində ən azı 8 il iş təcrübəsi;

  • Bankçılıq, satış və ya əlaqəli sahələrdə rəhbər vəzifədə iş təcrübəsi;

  • Özünü təqdim etmə və ünsiyyət bacarığı;

  • İdarəetmə və liderlik bacarıqları;

  • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

  • Məsuliyyətlilik və dəqiqlik ;

  • Təhlil və qərarvermə bacarıqları.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

  • Təcrübə 5-8 il

  • Vəzifə dərəcəsi Rəhbər

  • Təhsil Bakalavr

İmtiyazlar

  • Tibbi sığorta paketi;

  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

  • Professional və maddi inkişaf perspektivləri;

  • Peşəkar korporativ mühitdə işləmək imkanı;

  • Həyat Yığım sığortasından istifadə etmək imkanı;

Müraciət et: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-5611966b-8aad-450f-95b0-8752434c4997-57063?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Filial müdiri (Xaçmaz filialı) - VAKANSİYA — Fins.az — Fins.az