Filial müdiri - VAKANSIYA

Filial müdiri - VAKANSIYA

SOSİUM
403

Fins.az - International BOKT ASC KOB filialı üzrə Filial müdiri vəzifəsinə işçi qəbulu elan edir.

İş haqqında məlumat:

  • Filialın işçi heyətinin idarə olunması

  • Əməkdaşların peşəkar inkişafının və effektivliyinin artırılması

  • Müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflərin hazırlanması

  • Kredit portfelinin idarə olunması və maliyyə əməliyyatlarına nəzarət

  • Kiçik və orta biznes (KOB) sahibləri üçün güzəştli kredit məhsullarının təqdim olunması və satışının təşkili

  • Sahibkarlarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması

  • KOB müştərilərinin maliyyə ehtiyaclarının təhlili və uyğun kredit həllərinin təklif edilməsi

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

  • Korporativ nömrə ilə təmin olunma

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00

  • Şənbə: 10:00 – 16:00

Əmək haqqı:

  • Razılaşma yolu ilə + bonus (motivasiya sistemi)

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili

  • Bank, BOKT və ya lombard sahəsində minimum 3 il iş təcrübəsi

  • KOB kreditləri və biznes müştəriləri ilə işləmə təcrübəsinə üstünlük verilir

  • İdarəetmə və liderlik bacarıqları

  • Yaxşı ünsiyyət və komanda ilə işləmə qabiliyyəti

  • Satış və müştəri yönümlü yanaşma

Maraqlanan namizədlər CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı və müraciət edilən filial (KOB filialı) qeyd olunmalıdır.

Qeyd: CV-də foto mütləqdir!

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Filial müdiri - VAKANSIYA — Fins.az — Fins.az