
Facility & HR Administrator (Tikinti Sahəsi) - VAKANSİYA
Fins.az - İDG Construction MMC vakansiya elan edir.
İş şəraiti
İş yeri: Mərdəkan qəsəbəsi
İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
Əmək haqqı 700 – 1100 AZN (təcrübəyə görə dəyişir)
Vəzifənin məqsədi
Tikinti sahəsində obyektlərin (facility) düzgün işləməsini təmin etmək, texniki və təsərrüfat işlərini idarə etmək, həmçinin insan resursları üzrə inzibati işləri aparmaq və işçi heyətinin sənədləşməsini və gündəlik idarə olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri
Facility (Təsərrüfat və sahə idarəetməsi)
Tikinti sahəsinin ümumi təsərrüfat işlərinin təşkili və nəzarəti
Elektrik, su, kanalizasiya, generator və digər sistemlərin işlək vəziyyətdə saxlanılması
Təmir və texniki xidmət işlərinin koordinasiyası
Sahənin (camp/obyekt) təmizlik və səliqə-sahmanına nəzarət
Giriş-çıxış və ümumi qaydalara riayət olunmasına nəzarət
Subpodratçı və servis şirkətləri ilə əlaqələrin idarə olunması
Gündəlik sahə yoxlamalarının aparılması və problemlərin aradan qaldırılması
HR (İnsan resursları administrasiyası)
İşçilərin qeydiyyatı və şəxsi işlərinin aparılması
Gəlmə-getmə (attendance) və iş saatlarının izlənməsi
İşçi qəbul prosesinə inzibati dəstək
Məzuniyyət, ezamiyyət və digər HR prosedurlarının idarə edilməsi
İşçi intizamı və daxili qaydalara nəzarət
İşçi şikayət və müraciətlərinin qeydiyyatı və izlənməsi
Hesabat
Gündəlik və həftəlik sahə vəziyyəti barədə rəhbərliyə hesabat vermək
HR üzrə aylıq attendance və işçi məlumatlarını təqdim etmək
Problem və risklər barədə vaxtında məlumat vermək
Tələblər
Ali və ya orta ixtisas təhsili (İdarəetmə, HR, texniki sahə üstünlükdür)
Tikinti sahəsində minimum 2 il təcrübə
HR inzibati işlər üzrə bilik
MS Office (xüsusilə Excel) biliyi
Yaxşı təşkilatçılıq və problem həll etmə bacarığı
Məsuliyyətli və operativ işləmə qabiliyyəti
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür
Şəxsi keyfiyyətlər
Məsuliyyətlilik və diqqətlilik;
Vaxtın düzgün idarə edilməsi;
Operativ qərarvermə bacarığı.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Facility & HR Administrator (Tikinti Sahəsi)” yazmaqla elektron ([email protected]) ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.