Elektrik layihəçisi - VAKANSİYA

Elektrik layihəçisi - VAKANSİYA

SOSİUM
290

Fins.az - Estet vakansiya elan edir.

Namizədin şəxsi keyfiyyətləri

  • Fikrini izah etmək qabiliyyəti;

  • Ezamiyyə imkanları;

  • Ünsiyyət yaratmaq bacarığı;

  • İşə planlı yanaşması;

  • Fəal olması və komandada işləmək bacarığı.

İş barədə məlumat

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;

  • Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;

  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;

  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;

  • Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı

  • Autocad və ofis proqramlarını bilmə bacarığı

Elektrik layihəçinin vəzifə öhdəlikləri:

  • Layihələndirmə və planlaşdırma:

  • Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi.

  • Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması.

  • Elektrik təchizatı sistemlərinin (işıqlandırma, güc xətləri, zəif cərəyan sistemləri və s.)       layihəsinin hazırlanması 

  • Sxemlərin, planların və texniki rəsmlərin tərtibi 

  • Kabel marşrutlarının və avadanlıqların yerləşdirilməsinin planlanması

  • Yüklərin (load) hesablanması 

  • Enerji itkilərinin və səmərəliliyin təhlili

  • Layihələrin yerli və beynəlxalq standartlara uyğun hazırlanması 

  • Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi

  • Layihə sənədlərinin hazırlanması və təqdim edilməsi 

  • Texniki spesifikasiyaların yazılması 

  • Avadanlıqların seçimi və siyahısının hazırlanması

İş şəraiti:

  • 5 günlük iş həftəsi

  • Nahar fasiləsi: 13:00-14:00

  • Nahar müəssisə tərəfindən təmin edilir

  • Əmək haqqı: Razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini elektron ([email protected]) ünvanına Subject/Mövzu hissəsində Elektrik layihəçisi qeyd etməklə göndərə bilər

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektrik layihəçisi - VAKANSİYA — Fins.az — Fins.az