Dövlət Statistika Komitəsi statistik vahidlərə müraciət edib

Dövlət Statistika Komitəsi statistik vahidlərə müraciət edib

SOSİUM
837

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində xüsusi karantin rejimi dövründə Dövlət Statistika Komitəsinin əksər işçiləri əmək funksiyalarını evdə yerinə yetirirlər.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəsssisə və təşkilatlara müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı yaranan suallar Komitənin rəsmi internet səhifəsində “Bizimlə əlaqə” bölməsinin “Dövlət Statistika Komitəsinin əməkdaşlarının e-poçt ünvanları” hissəsində (link: //www.azstat.org/e_unvan/) göstərilmiş elektron poçt vasitəsi ilə ünvanlanmalıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Statistika Komitəsi statistik vahidlərə müraciət edib — Fins.az — Fins.az