
Direktor - VAKANSİYA
Fins.az - Vision Academy vakansiya elan edir.
Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.
Vəzifə öhdəlikləri:
Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;
Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
İş təcrübəsi:
Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
Liderlik və təşkilatçılıq bacarığı;
Strateji düşünmə və qərarvermə bacarığı
Ünsiyyət və təqdimat bacarığı;
Analitik düşünmə bacarığı;
Problem həll etmə və nəticəyönümlülük bacarığı;
Məsuliyyətlilik və təşəbbüskarlıq;
Satış və biznes inkişafı üzrə biliklər;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
İngilis dili biliyi - C1;
Rus dilində ünsiyyət bacarığı üstünlükdür.
Təklif edirik:
Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik və bacarığına əsasən);
İş qrafiki: 6 gün / 09:00 - 18:00;
Nahar şirkət tərəfindən təmin edilir;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.
Tələblərə cavab verən namizədlər “Direktor” başlığı ilə öz CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.