İT Dəstək Mütəxəssisi (Helpdesk) - VAKANSİYA

İT Dəstək Mütəxəssisi (Helpdesk) - VAKANSİYA

SOSİUM
154

Fins.az - İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • Orta ixtisas və ya ali təhsilli olması;

  • Müvafiq vəzifədə minimum 2–3 il iş təcrübəsi; 

  • Azərbaycan dili - mükəmməl, rus dili – yaxşı,ingilis dili-texniki sənədləri oxumaq səviyyəsində; 

  • Komanda ilə effektiv ünsiyyət bacarığı; 

  • Məsuliyyətlilik, operativ problem həll etmə və detallara diqqət yetirmə bacarığının olması;

  • Vaxtın effektiv idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığının olması; 

  • Analitik düşünmə bacarığı;

  • Windows OS və Microsoft Office proqramlarında yüksək səviyyədə biliklərin olması; 

  • TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə biliklər; 

  • LAN və Wi-Fi problemlərinin həllində praktiki işləmə bacarığı;

  • Remote access alətləri (RDP, AnyDesk və s.) ilə işləmə bacarığı;

  • Active Directory üzrə ilkin biliklər;

  • Windows və Linux server mühitləri üzrə baza biliklər (üstünlükdür);

  • POS sistemləri ilə iş təcrübəsi (üstünlükdür);

  • CompTIA A+, Microsoft MCP və ya oxşar, həmçinin Network sertifikatları üstünlükdür;

  • Məxfilik qaydalarına riayət edilməsi; 

  • Ezamiyyətlərə hazır olmaq;

  • Sürücülük vəsiqəsi (üstünlükdür);

  • Xasiyyətnamə tələb olunur. 

Əsas vəzifə öhdəlikləri:

  • Helpdesk sistemi üzərindən şirkət istifadəçilərindən daxil olan bütün müraciətlərin qəbul edilməsinin, qeydiyyata alınmasının və operativ şəkildə həll olunmasının təmin edilməsi; 

  • İstifadəçilərin gündəlik texniki problemlərinin araşdırılması, səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, həmçinin istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi və gündəlik İT məsələləri üzrə məlumatlandırılmasının təmin edilməsi; 

  • Kompüter, noutbuk, printer, POS terminalları və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyinin göstərilməsi; 

  • Windows əməliyyat sistemi və istifadə olunan proqram təminatlarında yaranan nasazlıqların aradan qaldırılması; 

  • Lokal şəbəkə (LAN, Wi-Fi) problemlərinin diaqnostikasının və həllinin həyata keçirilməsi, TCP/IP, DNS və DHCP üzrə nasazlıqların aradan qaldırılması; 

  • Active Directory və digər sistemlər üzərindən istifadəçi hesablarının yaradılması, idarə olunması və sistem giriş icazələrinin təmin edilməsi; 

  • İşdən ayrılan əməkdaşların sistem girişlərinin bağlanması və İT avadanlıqlarının təhvil alınması prosesinin həyata keçirilməsi; 

  • RDP, AnyDesk və digər uzaqdan qoşulma vasitələri ilə istifadəçilərə texniki dəstəyin göstərilməsi; 

  • Backup proseslərinə nəzarət edilməsi və ehtiyac yarandıqda məlumatların bərpası prosesində iştirak edilməsi; 

  • İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki vəziyyətinə nəzarət edilməsi; 

  • Yeni açılan filiallarda İT infrastrukturunun qurulması və texniki setup proseslərinin həyata keçirilməsi; 

  • Yeni işə qəbul olunan əməkdaşlar üçün texniki hazırlıq işlərinin həyata keçirilməsi; 

  • Daxil olan müraciətlərin prioritet dərəcəsinə uyğun qiymətləndirilməsi və müəyyən edilmiş müddətlər çərçivəsində icrasının təmin edilməsi; 

  • İT və əməliyyat komandaları ilə sıx əməkdaşlıq edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • 5 günlük iş rejimi;

  • Əmək haqqı 900-1200 azn;

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İT Dəstək Mütəxəssisi (Helpdesk)” qeyd edərək ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İT Dəstək Mütəxəssisi (Helpdesk) - VAKANSİYA — Fins.az — Fins.az