DANX bu il büdcəyə ödədiyi vəsaitin həcmini açıqlayıb

DANX bu il büdcəyə ödədiyi vəsaitin həcmini açıqlayıb

SOSİUM
461

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2021-ci ilin I rübü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 517 ədəd “İcazə” blankı verib.

Bu barədə DANX-ın 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında qeyd edilib.

Məlumata görə, verilmiş “İcazə” blankının nəticəsində dövlət büdcəsinə 1 mln 166 min 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd “İcazə” blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 mln 532 min 866 manat dövlət rüsumu ödənilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DANX bu il büdcəyə ödədiyi vəsaitin həcmini açıqlayıb — Fins.az — Fins.az