
Büdcəyə qənaət etmək istəyənlər üçün sərfəli alış-veriş imkanı
Fins.az – “Aplus” supermarketlər şəbəkəsi 1-31 iyul tarixlərini əhatə edən büdcə dostu endirim kampaniyasına start verdiyini açıqlayıb.
Şirkətin məlumatına görə, kampaniya Əcəmi, Hövsan, İnşaatçılar və Zabrat filiallarında keçirilir.
Məlumata əsasən, 2018-ci ildən fəaliyyət göstərən “Aplus” hazırda Bakı şəhərində 11 filial və 300-dən çox əməkdaşla xidmət göstərir. Şirkət bildirib ki, kampaniyanın məqsədi müştərilərə daha sərfəli alış-veriş imkanı yaratmaqdır və endirimlər iyul ayının sonunadək davam edəcək.