Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

SOSİUM
279

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və  kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 07.09.2022-ci il tarixdə təmir işlərinin görülməsi planlaşdırılır.

"Fins.az" xəbər verir ki, təmir işləri aparılan müddətdə saat 08:30-dan  İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin  qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq — Fins.az — Fins.az