Bu rayona bir metrdən çox qar yağdı - VİDEO

Bu rayona bir metrdən çox qar yağdı - VİDEO

SOSİUM
1,370

Cənub bölgəsinə güclü qar yağıb. 

Fins.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

“Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməyi ilə problem aradan qaldırılıb.

Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır”.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu rayona bir metrdən çox qar yağdı - VİDEO — Fins.az — Fins.az