
Bu avtobusun hərəkət sxemi dəyişdirildi
Bakıda yolda aparılan təmir səbəbindən 24 saylı avtobusun hərəkət sxemi dəyişdirilir.
Bu barədə fins.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.
"Bu səbəbdən 24 nömrəli marşrutun "N.Nərimanov" m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək, Təbriz-A.Nemətulla-Y.V.Çəmənzəminli–Ə.Əliyev küçələri ilə təşkil edilib", - məlumatda bildirilib.