
Biznes Analitik - VAKANSİYA
Fins.az - Ram Holding "Biznes Analitik" vəzifəsinə vakansiya elan edir.
Namizədə olan tələblər:
Minimum 2 il biznes-proseslərlə bağlı (biznes proseslərin təhlili, iş axışı xəritələrinin tərtibi və proseslərin effektivlik baxımından optimallaşdırılması üzrə) təcrübəsi olmalı;
Alqoritmlərin qurulması və proqram tərtibatı sahəsində biliklər (konfiqurasiya planları, texniki tələblər və s. formalaşdırılması üçün);
Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri yaxşı səviyyədə olmalı;
BPMN notasiyalarını və MS Excel, MS Visio, MS Projects proqramlarında yaxşı səviyyədə işləyə bilməli;
Biznes ehtiyaclarına uyğun işləmə bacarığı, analitik və həll-yönümlü düşüncə tərzi, eləcə də yüksək kommunikasiya və ünsiyyət qabiliyyəti olmalı.
Namizəd üçün üstünlük olacaq bacarıqlar:
Layihələrlə işləmək və layihə idarəedilməsi sahəsində təcrübə;
Agile yanaşma metodlarından ən azı biri üzrə biliklərin olması;
Biznes-proseslərin avtomatlaşdırılması üzrə təcrübə;
PMI (PBA və ya ACP və ya PMP və ya digər) sertifikatlarından ən azı birinə sahib olması.
Vəzifə öhdəlikləri:
Tələblərin Əldə Olunması: Biznes-proseslər, Avtomatlaşdırma və ya hər hansı digər texniki həllin məqsədlərini, ehtiyaclarını, hədəflərini və tələblərini dərk etmək və anlamaq üçün bu istiqamətlərin iştirakçıları ilə və sahə üzrə ekspertlərlə əməkdaşlıq etmək.
Biznes tələblərini sənədləşdirmək və təhlil etmək, onların açıq-aydın, anlaşılan və tətbiq olunabilən olmasını təmin etmək;
Data Analizi: Məsələlərin kökünü, trendlərini və modellərini müəyyən etmək üçün müxtəlif mənbələrdən dataları əldə etmək və təhlil etmək;
Prosesin Təkmilləşdirilməsi: Mövcud biznes-proseslərin və iş axışlarının inkişaf və təkmilləşdirilmə imkanlarını müəyyən etmək və qiymətləndirmək;
Həll Tərtibi: Biznes ehtiyaclarını qarşılayacaq həllərin təklifini vermək və tərtib etmək üçün bu həllərdən faydalanacaq iştirakçılarla və şəxslərlə işləmək;
Dəyişikliklərin İdarəedilməsi: Yeni həllərin rahat implementasiyası məqsədilə dəyişikliklərin idarəedilməsi proseslərini tam və düzgün icra etmək (kommunikasiyalar, təqdimatlar, təlimatlar, təlimlər və s.) ;
Yeni həllərin tərtibi prosesində və implementasiyası dövründə çıxa biləcək potensial riskləri müəyyən etmək və onların təsirinin azaldılması strategiyalarını tərtib etmək;
Layihələr: Layihələrin planlanması, icrası və monitor olunmasında iştirak etmək və dəstək göstərmək;
Layihənin vaxtında və təyin olunmuş büdcə çərçivəsində tamamlanmasının təmini üçün öz işini kros-funksional komandalarla koordinasiya etmək;
Kommunikasiyalar: Təşkilatın idarəedilməsinin bütün səviyyələrində olan rəhbərlər və əməkdaşlara yeni həllər və layihələrlə bağlı dəyişikliklər, müəyyən olunmuş məsələlər, tövsiyyələr, təkliflər və statusları kommunikasiya etmək;
Əsas məlumatların effektiv və dəqiq ötürülməsini təmin etmək;
Davamlı İnkişaf: Fəaliyyət sahəsi bağlı trendlər, yeniliklər, üstün təcrübələr və yeni texnologiyalar barəsində davamlı məlumatlı olmaq;
Biznes performansını artırmaq və prosesləri təkmilləşdirmək üçün mütəmadi olaraq fürsətləri araşdırmaq və dəyərləndirmək.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Ünvan: Port Baku Towers 2
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes-Analitik” yazaraq [email protected] ünvanına göndərə
və ya https://careers.ram.az/?vacancy=2255&source=UC_HBS8ZI link vasitəsilə müraciət edə bilərlər.