
Bəyannaməçi (Broker) - VAKANSİYA
Fins.az - Euroasian Bridge Logistics and Transport MMC (EBLT) şirkəti komandamıza qoşulmaq üçün məsuliyyətli və peşəkar Bəyannaməçi axtarır.
Ümumi vəzifə öhdəlikləri:
Qısa idxal bəyannamələrinin tərtib edilməsi;
Tranzit gömrük bəyannamələrinin hazırlanması;
Bəyannamələrin elektron sistemə işlənilməsi;
Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;
Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması;
Müştərilərdən daxil olan sorğuların cavablandırılması və sistemləşdirilməsi;
Sorğuların aidiyyəti struktur bölmələr və əməkdaşlarla koordinasiya edilməsi;
İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları altında malların bəyan edilməsi;
Müştəri məmnuniyyətinin və loyallığının təmin edilməsi məqsədilə yüksək səviyyədə xidmət göstərilməsi;
Mövcud müştərilərlə davamlı və effektiv ünsiyyətin qurulması.
Namizədə qarşı tələblər
Ali və ya peşə ixtisas təhsili;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Bəyannaməçinin İxtisas Attestatının olması üstünlükdür;
Gömrük orqanları və sənədləşmə prosedurları sahəsində təcrübə arzuolunandır;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis və rus dili bilikləri üstünlük hesab olunur;
MS Word, Excel və Outlook proqramlarında işləmə bacarığı.
Peşəkar bacarıqlar
Azərbaycan Respublikasının gömrük qanunvericiliyini bilmək;
Beynəlxalq tranzit prosedurları üzrə biliklərə malik olmaq;
Güclü ünsiyyət və koordinasiya bacarıqları;
Dəqiqlik, məsuliyyətlilik və sənədlərlə düzgün işləmə qabiliyyəti;
Müştəriləri dinləmək, ehtiyaclarını müəyyən etmək və effektiv həll yolları təqdim etmək bacarığı;
İşgüzar, səlist və aydın nitq qabiliyyəti;
Müştərilərlə peşəkar və nəzakətli münasibət qurmaq bacarığı.
Tələblərə uyğun namizədlər CV- lərin elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Bəyannaməçi” qeyd edilməlidir. Əks halda müraciətlərə baxılmaya bilər.
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.