Bayıldan 28 May stansiyasına qədər tramvay xətti planlaşdırılır - Vüsal Qasımlı

Bayıldan 28 May stansiyasına qədər tramvay xətti planlaşdırılır - Vüsal Qasımlı

SOSİUM
460

Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Layihələr paytaxtın müxtəlif ərazilərini bir-biri ilə daha sıx nəqliyyat əlaqəsinə gətirməyi hədəfləyir.

Fins.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Seabreeze ərazisindən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan Bakı metrosunun “28 May” stansiyasına qədər uzadılması planlaşdırılır.

Bundan əlavə, Bayıl ərazisindən də “28 May” stansiyasına qədər tramvay xəttinin salınması gündəmdədir. Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətinə, Mehdiabaddan isə “8 Noyabr” metro stansiyasına qədər yeni xətlərin çəkilməsi nəzərdə tutulur.

Vüsal Qasımlı bildirib ki, layihələrin həyata keçirilməsi nəticəsində Bakı şəhərinin şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqələri daha da güclənəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bayıldan 28 May stansiyasına qədər tramvay xətti planlaşdırılır - Vüsal Qasımlı — Fins.az — Fins.az