
Baş xəzinədar - VAKANSİYA
Fins.az - Respublika Diaqnostika Mərkəzi vakansiya elan edir.
Tələblər:
Ali təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahələr üzrə);
Yaş həddi – 25-40
MS Office proqramları üzrə yüksək bacarıqlar;
1C üzrə biliklər;
Mühasibat uçotu üzrə biliklər;
İdarəetmə, yüksək analitik bacarıqlar;
Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
Müvafiq vəzifədə minimum 2-3 il iş təcrübəsi olanlara üstünlük verilir;
AKGÜN proqramı üzrə biliklər (arzuolunan)
Vəzifə öhdəlikləri:
Heyətə nəzarət: Növbəli iş qrafiklərinin təşkili, tabeliyində olan xəzinədarların işinin izlənilməsi, onlara metodiki dəstəyin göstərilməsi.
Kassa əməliyyatları: Nağd vəsaitlərin, qiymətli kağızların mədaxil (qəbul) və məxaric (verilmə) edilməsi.
Hesabatlılıq: Gün sonu hesabatlarının (Z-hesabat) çıxarılması, kassa kitabının aparılması və faktiki qalıqların yoxlanılması.
Inkassasiya: Yığılan pul vəsaitlərinin təhlükəsiz şəkildə sayılıb inkassasiyaya (banka təhvil verilmək üçün) hazırlanması.
Sənədləşmə: Bütün Nağd əməliyyatların mühasibatlıq proqramlarında düzgün əks etdirilməsi, təsdiqedici sənədlərin arxivləşdirilməsi.
Xəta və çatışmazlıqların idarəsi: Kassa kəsirlərinin və ya artıqlarının araşdırılması, müştəri şikayətlərinin və ya çətin ödəniş hallarının həll edilməsi
Daxili nizam-intizam qaydalarına əməl edilməsi.
İşgüzar problemlər və qayda pozuntuları haqqında struktur rəhbərinə vaxtında düzgün məlumatın verilməsi.
İş şəraiti:
İş qrafiki – həftədə 5 iş günü
İş saatları – 09:00-18:00
Əmək haqqı – 1500-2000 Azn
Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
Azərbaycan Respublikası Əmək Qanunvericiliyə uyğun rəsmiləşmə
Maraqlanan namizədlər öz CV- lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiz.