Baş mütəxəssis / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru - VAKANSİYA

Baş mütəxəssis / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru - VAKANSİYA

SOSİUM
324

Fins.az - AzerGold CJSC vakansiya elan edir.


İş barədə məlumat: 

  • İş yeri: Bakı şəhəri

  • İş növü: Tam ştat

  • Vakansiya sayı: 2

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ informasiya sistemlərinin (ERP, CRM və s.) idarə olunması və dəstəklənməsi;

  • Məlumat bazalarının (database) qurulması, optimizasiyası və təhlükəsizliyinin təmin edilməsi;

  • Data idarəetmə strategiyalarının hazırlanması və tətbiqi;

  • Məlumatların toplanması, emalı, saxlanması və analiz proseslərinin təşkili;

  • Data keyfiyyətinin (dəqiqlik, tamlıq, aktuallıq) təmin edilməsi və nəzarəti;

  • Müxtəlif sistemlər arasında inteqrasiyaların qurulması və idarə edilməsi;

  • İstifadəçi ehtiyaclarına uyğun hesabatların hazırlanması;

  • Sistemlərin performansının monitorinqi və problemlərin aradan qaldırılması;

  • Texniki sənədləşmənin hazırlanması və yenilənməsi;

  • Yeni texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflərin verilməsi;

  • İT komandası və digər şöbələrlə koordinasiyalı işləmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, İngilis dili yaxşı;

  • Python, Java və ya digər proqramlaşdırma dilləri;

  • Məlumatların təhlili və interpretasiyası;

  • Problerlərin həlli və optimallaşdırma bacarığı;

  • Statistik düşüncə və data əsaslı qərarvermə;

  • Skript yazmaq və avtomatlaşdırma;

  • Verilənlər bazaları ilə işləmək bacarığı;

  • Data modelləşdirmə və məlumat arxitekturası;

  • ETL prosesləri və data inteqrasiyası;

  • Bulud texnologiyaları üzrə biliklər;

  • Sistem inteqrasiyası və API-lərlə işləmək bacarığı

  • İnformasiya təhlükəsizliyi üzrə əsas biliklər;

  • Analitik düşünmə, vaxtın idarə olunması, effektiv ünsiyyət, təqdimat, komanda ilə işləmə bacarıqları

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İnformasiya texnologiyaları, kompüter elmləri və ya oxşar sahələr üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.

  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.

  • Nəqliyyat xidməti.

  • Rəqabətli mükafatlandırma sistemi.

Müraciət et: https://careers.azergold.az/vakansiya/bas-mutexessis-maliyye-sobesi-korporativ-sistemler-ve-data-idareetmesi-sektoru

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş mütəxəssis / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru - VAKANSİYA — Fins.az — Fins.az