
Baş Baytar - VAKANSİYA
Fins.az - Company vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
Baş Baytar Əməliyyatlar üzrə Rəhbərə və Cəmiyyət üzrə İdarə Heyətinin Sədrinə hesabat verir;
Bütün Təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların idarə olunmasına nəzarət edir;
Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşıyır;
İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin edir;
Baytarlıq bölməsinin apardığı işlər ilə bağlı rüblük statistik məlumatları hazırlayıb üst rəhbərliyə təqdim edir;
Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən edir və aidiyyəti üzrə təkliflər verir;
Heyvandarlıq şöbəsində müalicə, müayinə və profilaktik proqramları işləyib hazırlayır və həmin proqram əsasında tədbirləri həyata keçirir;
Baytarlıq bölməsində işçilərin iş yükünü təyin edir və qrafik üzrə iş prosesini təşkil edir;
Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə şöbəsinə təqdim edir, məlumatları daxil aidiyyəti proqrama daxil edir və hesabatını rəhbərliyə verir;
Riskli və erkən doğuşlarda birbaşa iştirak edir;
Gündəlik olaraq bütün heyvan qruplarına baxış keçirir, xəstə olan heyvanların uçotunu toplayıb üst rəhbərliə məlumat verir. Müalicə üçün metodlar təyin edib Baytar həkimlərə müvafiq təlimatlarını verir;
Müalicələrin qeydiyyatının aparılmasını təmin edir;
Baytarlıq bölməsinin qeydiyyat jurnallarının gündəlik olaraq işlənməsini təmin edir;
Çoxalma proqramlarını hazırlayır və həmin proqram əsasında mayalanma işlərini həyata keçirir;
Sürünün sağlamlaşdırılması istiqamətində daim təkliflər verir;
Vaksinasiya proqramlarının icra olunmasına nəzarət edir;
Dırnaq baxımı və dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin edir;
Heyvan ölümlərinin səbəbini müəyyənləşdirir, lazım gəldikdə patoloji yarmalar aparır və nəticələr barədə rəhbərliyə hesabat verir;
Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərir;
İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin edir;
Səlahiyyətli baytarlıq qurumunun göstərişinə əsasən karantin tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edir;
Vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirir;
İşində əmək və texniki təhlükəsizlik qaydalarına, sanitar-gigiyenik qaydalara ciddi riayət edir;
Mal-qaranın tələf olması səbəbləri barədə hesabt verir;
Tələblər:
Heyvandarlıq üzrə ən azı 10 il, o cümlədən Baş baytar vəzifəsində ən azı 3 il təcrübə;
Cinsi: Kişi
Yaş həddi: 28-50
Ali təhsil (Baytarlıq, Zootexnik)
MS Office (Word, Excel),
Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Namizəddən gözlənilir:
Yüksək analitik düşüncə və detal yönümlülük
İşçi heyətinin idarəedilməsi, heyvandarlıq, dərman tanıma və sənədlərlə işləmə bacarığı
Təqdimat bacarığı
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Əmək haqqı: 1600-2000 Azn (namizədin bilik-bacarığına əsasən)
Müraciət etmək üçün CV-nizi elektron poçt ([email protected]) ünvanına “Baş Baytar” qeyd edərək göndərməyinizi xahiş edirəm.