Baş Aşpaz - VAKANSİYA

Baş Aşpaz - VAKANSİYA

SOSİUM
192

Fins.az - Bakıda fəaliyyət göstərən premium kofe shop şəbəkəsi komandasını gücləndirmək üçün Baş Aşpaz axtarır.

Əsas vəzifələr:

  • Mətbəxin gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunmasını təmin etmək;

  • Menyunun hazırlanması və mövsümi yenilənməsində iştirak etmək;

  • Yeməklərin reseptlərə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;

  • Mətbəx heyətinin iş bölgüsünü təşkil etmək, onların fəaliyyətini koordinasiya etmək və inkişafına dəstək olmaq;

  • Xammal və məhsul ehtiyatlarına nəzarət etmək, sifarişlərin planlaşdırılmasında iştirak etmək;

  • Məhsul itkisini minimuma endirmək və xərclərin optimallaşdırılmasını təmin etmək;

  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;

  • Yeni məhsulların hazırlanması və təqdim olunması üzrə təkliflər vermək;

  • Digər şöbələrlə koordinasiyalı işləyərək yüksək xidmət keyfiyyətini təmin etmək.

Tələblər:

  • Baş aşpaz və ya Sous Chef vəzifəsində minimum 3 il iş təcrübəsi;

  • Restoran və ya premium kafe sektorunda iş təcrübəsi;

  • Müasir mətbəx, brunch, breakfast və cafe menyuları üzrə biliklər;

  • Qida təhlükəsizliyi və sanitariya standartları barədə bilik;

  • Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;

  • Xərclərin idarə olunması (food cost), porsiya nəzarəti və inventar idarəetməsi üzrə biliklər;

  • Operativ qərarvermə və problem həll etmə bacarığı;

  • Məsuliyyətli, nizam-intizamlı və nəticəyönümlü yanaşma.

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;

  • Stabil və uzunmüddətli əməkdaşlıq;

  • Peşəkar inkişaf və karyera imkanları;

  • Müasir və dinamik iş mühiti;

  • Mehriban və peşəkar komanda.

İş yeri: Bakı şəhəri

Maraqlanan namizədlər öz CV-lərini ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş Aşpaz - VAKANSİYA — Fins.az — Fins.az