BakuBus-ın avtobusu yandı

BakuBus-ın avtobusu yandı

SOSİUM
922

Bakıda sərnişin avtobusunda yanğın olub.

Hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.

"Report"

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BakuBus-ın avtobusu yandı — Fins.az — Fins.az