
Bakıda postların sayı bu qədər azaldıldı
Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı kəskin dərəcədə azaldılıb.
Fins.az-ın verdiyi xəbərə görə, bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb. Məlumata görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış. Bu gün isə onların 58-i götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.
Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.