Bakıda dezinfeksiyanın pullu olması iddiaları barədə rəsmi açıqlama

Bakıda dezinfeksiyanın pullu olması iddiaları barədə rəsmi açıqlama

SOSİUM
583

Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məlumatlar daxil olur.

BŞİH-in Mətbuat xidmətindən  bildirilib ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda dezinfeksiyanın pullu olması iddiaları barədə rəsmi açıqlama — Fins.az — Fins.az