Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı

Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı

SOSİUM
871

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə  "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

© Trend

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı — Fins.az — Fins.az