Bakıda ağır qəzaların ən çox olduğu yolda YENİLİK

Bakıda ağır qəzaların ən çox olduğu yolda YENİLİK

SOSİUM
771

Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti- Əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 

Bu barədə BNA-dan məlumat verilib. Bildirilir ki, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 

Qeyd edək ki, 2019-2021-ci illər ərzində Heydər Əliyev prospektində “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda ağır qəzaların ən çox olduğu yolda YENİLİK — Fins.az — Fins.az